AQTA-dan toy açıqlaması
Tarix: 25-09-2020, 15:44



"Əksər şadlıq saraylarının restoran kimi fəaliyyəti var. Həmin ictimai iaşə obyektlərinin toylar formasında yox, vətəndaşlara restoran vasitəsi ilə xidməti var".
“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, Agentlik əməkdaşları pandemiya dövründə şadlıq sarayları ilə əlaqədə olub:
“Yəni restoranı, kafesi olan şadlıq sarayları nəzarət olunan məsələlərlə yaxından tanışdılar. Bu, imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Çünki bununla bağlı metodiki təlimatlarımız da var, dövrü olaraq şadlıq sarayları ilə görüşlərimiz olur. Toylara icazə verildiyi halda bütün şadlıq sarayları ilə əvvəlcədən həmin metodiki göstəricilər və qərarlar  üzrə maarifləndirmə tədbirləri həyata keçirəcəyik. Çünki toylara icazə verilsə, bu ,ən yüksək yoluxma riski olan sahələrdən biri olacaq. Bu mənada bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək, eyni zamanda müvafiq nəzarət tədbirləri həyata keçiriləcək”.

Paylaş: