Tanınmış aktyor cinsi azlıq olduğunu etiraf edib
Tarix: 30-10-2017, 10:56


Tanınmış aktyor cinsi azlıq nümayəndəsi olduğunu açıqlayıb.
Metbuat.az bildirir ki, amerikalı tanınmış aktyor Kevin Spacey “Twitter”dəki paylaşımında cinsi azlıq nümayəndəsi oduğunu bildirib.
“Oscar” mükafatına sahib olan aktyor həmkarı Anthony Rappa təcavüz etməsiylə bağlı iddialara da aydınlıq gətirib:
“30 il öncə baş verən bir hadisəni xatırlamıram. Hadisə həmkarımın dediyi kimidirsə, sərxoş olduğum vaxta olub. Ondan üzür istəyirəm. Həyatımda həm kişilər, həm də qadınlarla münasibətim olub. Kişilərlə romantik münasibətlər yaşayıb, onlara aşiq də olmuşam. Və bundan sonrakı həyatımı cinsi azlıq nümayəndəsi kimi yaşamaq istəyirəm”.

Paylaş: