Güneldən Ebru Gündeşə 12 il sonra jest
Tarix: 25-09-2020, 12:46



Müğənni Günel Zeynalova 12 il sonra düşmən olduğu Ebru Gündeşə jest edib.
“MediaPost”un məlumatına görə, sənətçi yaxın günlərdə atasını itirən Ebruya başsağlığı verib. Müğənni səhifələrin birində ifaçı ilə bağlı yazılan xəbərə “Allah rəhmət etsin” sözlərini yazıb. Onun bu hərəkəti sosial media istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.




Qeyd edək ki, E.Gündeşlə Günelin düşmən olmağına səbəb eks-nişanlısı, məşhur biznesmen Reza Zarrab olub. Günel 8 illik nişanlısını bəstələrini verməsi üçün Ebruyla tanış edib. Həmin hadisədən sonra Ebruyla Rezanın sevgi münasibəti başlayıb. Evlənməyə hazırlaşan Günelin arzusu yarımçıq qalıb. R.Zarrab 2010-cu ilin fevralında Gündeşlə ailə qurub.






Həmin dönəmlər Günelin türk mediasına Ebru Gündeşlə bağlı verdiyi açıqlamalar xeyli səs-küy yaratmış, sənətçilərin qalmaqalı uzun müddət gündəmdə qalmışdı.





Onu da bildirək ki, R.Zarrab hazırda qaçaqmalçılıq səbəbilə həbsdədir. Onun E.Gündeşdən evliliyindən bir qızı dünyaya gəlib.



Paylaş: