"Görüş yerini dəyişmək olmaz" filminin "Şarapov"una ağır itki üz verib
Tarix: 24-09-2020, 16:38



Rusiyanın Əməkdar artisti, "Görüş yerini dəyişmək olmaz" filmində "Şarapov" obrazını canlandıran Vladimir Konkinin qızı Sofiya Konkina həlak olub.
Open.az xəbər verir ki, 32 yaşlı Sofiya Konkina iki gün əvvəl hovuzda üzməyə gedib. Həmin gecə evə qayıtmayan Sofiya Konkinanın sorağı bir gündən sonra Botkin xəstəxanasından gəlib. Reanimasiyada olan Sofiya sentyabrın 24-də böyrək çatışmazlığından vəfat edib.
Həkimlər Əməkdar artistin qızına "boğulma" diaqnozu qoyublar və bu səbəbdən də böyrəklərin iflas etdiyini söyləyiblər.
Hazırda Sofiya Konkinanın müəmmalı ölümü ilə bağlı araşdırma aparılır. Polislər gənc qadının ölümünün kriminal xarakterli olduğundan şübhələnirlər.
Qeyd edək ki, Sofiya Konkinanın 11 yaşında bir qızı qalıb.


Görüş yerini dəyişmək olmaz

Paylaş: