"Sizdən başqa mənim üçün dəyərli heç kim yoxdur"
Tarix: 24-09-2020, 16:30



Aparıcı-aktyor Ülvi Həsənli ailəsi və özü ilə bağlı etiraflar edib. UlduzumSan.Az-ın məlumatına görə, aparıcı ilginc sözlər deyib: “Çox şeyə görə həyat yoldaşıma və övladıma borcluyam. Məni həyata ailəm qaytardı.





Hər çətinliyimdə sizi yanımda görməyim və qoxunuzu almağım mənim üçün bir dünyadır. Dostlarımın məni atıb getdiyi anlarda sizin yanımda olmağınızı görmək mənə çox xoşdur. Heç kim mənə inanmadığı halda siz mənə dəstək oldunuz. Səhv addımım da belə yanımda olmaqla sübut etdiniz ki, sizdən başqa mənim üçün dəyərli heç kim yoxdur.





Bir gün hər şey düzələcək. Çəkdiyim əziyyətlərin, yaşadığım ağrıların, peşmançılıqların, ümidsizliklərin bir gün mükafatı olacaq. Ailəm, sizi sevirəm”.

Paylaş: