Ermənilərin Aprel döyüşləri haqda çəkdiyi film MOSKVA KİNOFESTİVALINDA...
Tarix: 24-09-2020, 16:11



Ermənilərin Qarabağ haqda çəkidkləri “Cənnətin qapıları” filmi Moskva kinofestivalında göstəriləcək.
 
Modern.az xəbər verir ki, film əsas müsabiqə proqramından kənarda qalsa da, onu müsabiqədənkənar baxışı olacaq. Moskva Kinofestivalının bu il 1-8 oktybar tarixlərində keçirilməsi nəzərdə tutulur.
Filmin rejissoru Civan Avetisyan filmin Rusiyanın ən nüfuzlu kinofestivalında nümayişini böyük uğur adlandırıb.  
Xatırladaq ki, rejissor Civan Avetisyanın çəkdiyi filmdə almaniyalı aktyor Rixard Zammel, Nina Krongyaer, Rusiya Milli Filarmonik Orkestrinin baş dirijoru, SSRİ və Rusiya Xalq artisti Vladimir Spivakovun qızı Tatyana Spivakova və erməni aktyorlar çəkilib.

Təəssüf doğuran məqam ondan ibartədir ki, çəkilişləri Qarabağda və Avropada aparılan filmin maliyyələşməsi Ermənistanla yanaşı, Litva, Almaniya, Bolqarıstan, Çexiya, İtaliya və Avstriya tərəfindən aparılıb.
 
Filmdə hadisələr 2016-cı ilin aprelində Qarabağda cərəyan edir. Döyüşləri işıqlandırmağa gələn almaniyalı fotoqraf 22 il əvvəl Qarabağ döyüşləri zamanı tanış olduğu erməni fotoqrafının qızı Sofiyaya vurulur.  

Paylaş: