Məşhur şefin acı günü - Kədərli xəbəri belə açıqladı
Tarix: 24-09-2020, 12:43



"MasterChef Türkiyə" yarışmasının münsifləri Danilo Zanna və Mehmet Yalçınkayadan sonra Somer Sivrioğluna da ağır itki üz verib.
Open.az xəbər verir ki, məşhur şefin ögey atası vəfat edib.
Yaşadığı kədəri sosial media hesabından paylaşan Somer Sivrioğlu : "Dünyadan və həyatımın ortasından bir Altın abi keçdi ki! Artıq nə dünya eyni, nə də mən eyni olabilərəm. Başımız sağ olsun. İşıqlar içində dinlənsin, məkanı cənnət olsun!" yazaraq, sevgisini dilə gətirib.
Xatırladaq ki, bu il hər üç şefin atası vəfat edib. Belə ki, Danilo Zannanın atası apreldə, Mehmet Yalçınkayanın atası iyunda, Somer Sivrioğlunun ögey atası isə sentyabrda dünyasını dəyişib.



Məşhur şefin acı günü - Kədərli xəbəri belə açıqladı
Məşhur şefin acı günü - Kədərli xəbəri belə açıqladı

Paylaş: