"Neslihanın adından PR üçün istifadə ediblər"
Tarix: 24-09-2020, 11:36

Qazaxıstanlı prodüser Nurlan Koyanbayevlə ortaq film çəkən tanınmış türk aktyoru Kadir Doğulu, ötən gün həyat yoldaşı Neslihan Atagüllə bağlı açıqlama yayıb.
Open.az xəbər verir ki, ilk olaraq Qazaxıstanda çəkdiyi və baş rolunu ifa etdiyi filmdən danışan Kadir Doğulu, daha sonra söhbəti Neslihan Atagüllə bağlı yayılan "Dəmir Kadın Neslican" adlı filmə gətirib.
Qeyd edək ki, bir gün əvvəl türk mətbuatında aktrisa Neslihan Atagülün xərçəng xəstəliyindən vəfat edən Neslican Tayın həyatından bəhs edəcək filmdə baş rolu oynayacağı ilə bağlı xəbərlər yayılmışdı.
Paylaş: