Xərçəngdən əziyyət çəkən Nisə Qasımovanın ƏN SON HALI
Tarix: 24-09-2020, 09:55



Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyindən əziyyət çəkdiyini etiraf edib. Lent.az -ın məlumatına görə, 66 yaşlı müğənni bu barədə sosial şəbəkədə video paylaşıb:
“Uzun müddət idi ki, heç yerdə görünmürdüm. Bəli, mən əməliyyat oldum. Kiçik bir əməliyyat idi, keçdi. Məndə elə də qorxulu bir şey yox idi. Heç bir zaman istəməmişəm ki, ağrılarımla, acılarımla gündəmə gəlim. Mənə görə nigaran olan hər kəsə, sənət dostlarıma təşəkkür edirəm”.
Qeyd edək ki, N.Qasımova bir müddət öncə Milli Onkologiya Mərkəzinin Mamologiya şöbəsində süd vəzisi xərçəngindən əməliyyat olunub.


Paylaş: