"Gizli səsləri ortada yeyib, qıraqda gəzənlər verəcək?"
Tarix: 23-09-2020, 17:56



Əməkdar artist Nicat Kazımov fəxri adların gizli səsvermə yolu ilə verilməsi barədə səsləndirilən fikirlərə sərt münasibət bildirib.
 "Ölkə.Az" xəbər verir ki, Kazımov səsvermədə obyektivliyə əməl edilməyəcəyindən narahatlığını ifadə edib:
"Deyirlər ki, fəxri adlar gizli səsvermə ilə veriləcək. Mənim üçün çox maraqlıdır, o gizli səsləri kimlər verəcək? Ortada yeyib, qıraqda gəzənlər, yoxsa Azərbaycan mədəniyyətində kimin zəhmətinin nə qədər olmasından xəbəri olmayanlar?"
Qeyd edək ki, mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bildirmişdi ki, əvvəlki illərdə fəxri adlarla bağlı təqdimatlarda ciddi nöqsanlara yol verilib. 

Paylaş: