"Əgər kimsə keçirdiyim hissləri sözlərlə əvəz edə bilərsə mükafat verərəm"
Tarix: 23-09-2020, 12:58



Bir neçə gün öncə nənə olan Dilarə Əliyeva " 7 Canlı" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, Dilarə veriliş zamanı nəvəsindən danışıb. O, bildirib ki, bu xəbər alanda həyat yoldaşı Oqtay sevincindən ağlayıb:

"Çox möhtəşəm hisslərdir. Düşünürəm ki, gözəl balamıza bu statusumla layiqincə nümayiş etdirəcəm. Sözün əsl mənasında sevincimin həddi hüdudu yoxdur. Əgər kimsə keçirdiyim hissləri sözlərlə əvəz edə bilərsə mükafat verərəm. Heç vaxt deməmişəm bunu.30 ilə yaxındır ki, Oqtayla ailəliyik. Mən ona zəng vurub deyəndə ki, gözün aydın Oqtay baba oldun. Oqtayın səsi titrədi. İlk dəfə idi ki, Oqtayın gözündə yaş gördüm".


Paylaş: