Utyosov və Kobzonun məşhur konferansyesi vəfat edib
Tarix: 23-09-2020, 10:11



Rusiyanın məşhur konferansyesi və rejissor, Əməkdar artist Arnold Qumniski vəfat edib.
Open.az xəbər verir ki, 81 yaşlı Arnold Qumniski Moskva ətrafındakı Puşkino şəhərinciyində yerləşən sanatoriyada dünyasını dəyişib.
Ölüm səbəbi hələlik məlum olmayan Arnold Qumniski Vostryakovsko məzarlığında dəfn ediləcək.
Qeyd edək ki, Arnold Qumniski məşhur müğənnilər Leonid Utyosov və İosif Kobzonun konsertlərinin konfransyesi olub. Aparıcılıqla yanaşı, konsertlərdə yumor nömrələri, baməzə söhbətlər və parodiyalar ifa edən Arnold Qumniski, 1993-cü ildə Rusiyanın Əməkdar artisti Fəxri adına layiq görülüb.

Paylaş: