Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
Tarix: 23-09-2020, 10:08



Hollivud ulduzu Tom Kruzun kosmosda çəkiləcək aksiyon-macəra filmi üçün kosmosa gedəcəyi tarix bəlli oldu.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun film çəkilişləri üçün kosmosa gedəcəyi tarix açıqlanıb. Bir müddət bundan əvvəl Elon Maska məxsus olan “SpaceX” şirkətinin NASA ilə birlikdə kosmosda çəkilməsi planlaşdırılan film üzərində birlikdə çalışdıqları ortaya çıxmışdı.
“Kod adı təhlükə” silsilə filmində canlandırdığı İdın Hund obrazı da daxil olmaqla aksiyon filmlərindəki obrazları ilə tanınan Tom Kruzun yer aldığı layihənin hələlik adı açıqlanmasa da kosmosla bağlı xəbərlərin yer aldığı “Space Shuttle Almanac” ın rəsmi Tvitter hesabından olunan paylaşımlarda Kruzun 2021- ci ilin oktyabrında kosmosa yola düşəcəyi bildirilib.

Paylaş: