Azərbaycanın məşhur küsülüləri... - Onlardan kimlər barışıb?
Tarix: 23-09-2020, 09:13



Ötən gün Türkiyənin 20 ildir ki, küsülü olan məşhur iki sənətçisi, Alişan və Mahsun Kırmızıgül barışıb. Türkiyə mətbuatının yazdığına görə, küsülülük Alişanın qəza keçirməsindən sonra bitib. Belə ki, Kırmızıgül həmkarının evinə gedərək onu ziyarət edib, “belə gündə küsülülük olmaz” deyərək sənətçi ilə barışıb.
Qeyd edək ki, illər əvvəl “Prestij” adlı musiqi şirkəti Türkiyə şou-biznesinə Mahsun Kırmızıgül, Özcan Deniz və Alişanı tanıtdırıb. O dövrdə tez-tez konsertlər verən üçlük şirkətin iflasından sonra yollarını ayırmış, Mahsunla Alişan dava etmiş, proqramlarda bir-biriləri barədə sərt ittihamlar səsləndirmişdilər.


Alişanla Mahsun Kırmızıgül 20 ildən sonra barışdı - FOTO


Təkcə Türkiyənin deyil, Azərbaycanın da illərlə küsülü məşhurları olub və hazırda da var. Onların arasında küsülülüyə son qoyanlar da, bu günə qədər barışmayanlar da var.
Küsülü məşhurlar deyəndə 1983-cü ildə təqdim olunan məşhur “Hicran” tamaşasındakı küsülü sənətkarlar yada düşür. Artıq çoxlarına məlumdur ki, tamaşa zamanı 3 böyük  sənətkar - Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan bir-biriləri ilə küsülü olub. Buna baxmayaraq, sənətkarlar peşəkarlıq nümayiş etdirərək, küsülüyü səhnəyə yansıtmayıblar və tamaşa bu günə qədər də öz baxımlığını qoruyub saxlaya bilib. Bəs böyük üçlüyün küsülü olmasına səbəb nə olub?
Deyilənə görə, Nəsibə xanımın inciməyinin səbəblərindən biri xəstə olarkən Qızbacı rolunun digər bir aktrisa tərəfindən ifa edilməsi idi. Bundan başqa, Nəsibə xanımın həyat yoldaşı dünyasını dəyişəndə Hacıbaba ora getməmişdi, Nəsibə xanım bundan incimişdi.
Siyavuş Aslanla Hacıbaba Bağırovun arasındakı inciklik isə teatrdakı vəzifə ilə bağlı olub. Belə ki, hər iki sənətkar teatrın direktoru olmağa çalışırdı. Sonda Hacıbaba Bağırov direktor, Siyavuş Aslan isə bədii rəhbər vəzifəsinə keçib. Bundan inciyən Siyavuş Aslan Akademik Milli Dram Teatrına gedib. Onların bu küsülülüyü demək olar ki, sona qədər davam edib. Doğrudur, Nəsibə Zeynalovanın dəfnində hər iki sənətkar bir araya gəlib, barışıblar. Amma bu barışıq sadəcə görüntü xatirinə olub.


Flora Kərimovadan İlhamə Quliyeva ilə bağlı İNANILMAZ ETİRAF – VİDEO –  Yenicag.Az


Küsülü olub, sona qədər barışmayan sənətkarlardan biri də xalq artistləri Flora Kərimova və mərhum İlhamə Quliyeva olub. Onların çəkişmələri uzun illər çəkib və heç bir tərəf barışıq üçün addım atmayıb.
Mərhum İlhamə Quliyeva ilə küsülü olan məşhurlardan biri əməkdar artist Elza Seyidcahan olub. Lakin 2014-cü ildə Cavanşir Məmmədovun vasitəçiliyi ilə sənətçilərin arasında küsülülüyə son qoyulub. Həmin ildə Elza Seyidcahan İlhamə Quliyevaya zəng edərək, 8 Mart Qadınlar Günü münasibətilə onu təbrik edib. Qeyd edək ki, həmin ərəfələrdə İlhamə Quliyeva əməkdar artistin bəstəkarı olduğu “Ağ çiçəyim” mahnısını oxuyib, ona klip çəkdirmişdi.


Lalə Məmmədova Brilliant Dadaşovayla qalmaqalından danışdı - Open.az


Xalq artisti Brilliant Dadaşova və əməkdar artist Lalə Məmmədovanın da küsülü olduğu məlumdur.  Buna səbəb Laləni görünüşünə görə Dadaşovaya bənzətmələri olub. Bu isə B.Dadaşovanın xoşuna gəlməyib.
Brillant Dadaşovanın danışmadığı digər həmkarı xalq artisti Aygün Kazımovadır. Xalq artistləri Bəsti Cəfərova və Zemfira Nərimanova da illərdir ki,  küsülüdürlər. Qrup yoldaşı olan aktrisaların danışmamasının səbəbi bəlli deyil. Onların küsülülüyü 30 ildən çoxdur davam edir. Hətta aktrisaların çalışdıqları teatrda əlbəyaxa dava etdikləri də dəfələrlə deyilib.


ATV-nin məşhur aparıcıları Zaur və Nanənin bu videosuna şok olacaqsınız -  xeberler - BiG.AZ


Aparıcılar Zaur Baxşəliyevlə Nanə Ağamalıyeva da eyni kanalın əməkdaşları olsalar da, küsülüdürlər. Bir vaxtlar dost olan, eyni verilişdə çalışan aparıcılar 10 ildən çoxdur ki, danışmırlar.


Zaur efirdə Xoşqədəmə söz atdı: "Ayıb olsun! Bacarmırsan, bu işdən əl çək"!  - VİDEO


Zaurun danışmadığı digər həmkarı isə Xoşqədəm Hidayətqızıdır. Bir vaxtlar eyni kanalda işləyən aparıcıların arasındakı mübahisəyə eyni formatda veriliş aparmaları səbəb olub.

“Yeni Müsavat”

Paylaş: