Bu qadın Acun İlıcalını BELƏ ALDATDI
Tarix: 22-09-2020, 18:01



Türkiyəli iş adamı Acun İlıcalı ilə bağlı xəbər var.

BiG.AZ türk mediasına istinadən xəbər verir ki, Acun İlıcalı tələbələr üçün stolüstü kompüter bağışlamaq üçün yardım kampaniyasını başladıb.

Belə ki, bir qadın "İanə bağışlayacağam" deyə yardım etmək adı ilə canlıya qoşulduqdan sonra əslində övladlarına kompüter istəmək üçün əlaqə saxladığını bildirib.

Qadın yalan danışdığına görə özünü müdafiə edərək bunları deyib:

"Sizinlə başqa cür əlaqə saxlaya bilməzdim, Acun bəy. Mənim uşaqlarımın 2 kompüterə ehtiyacı var. Mənim başqa şansım yox idi".

Acun isə həmin qadın ilə yaxından maraqlanacağına dair söz verib və "Bizim insanımız çətini bacarır. 3 dəfə zəng etdikdən sonra bizimlə əlaqə saxlaya bilib. Halal olsun".

Paylaş: