Payızın ilk kliplərini təqdim etdilər
Tarix: 22-09-2020, 17:57



Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənnilər Samir Piriyev və Dilarə Kazımova yeni mahnıları ilə gündəmdədir.
“MediaPost” xəbər verir ki, Z.Xanbabayevanın yeni işi “Sönməyən Atəşim” adlanır. Atalara həsr olunan mahnının müəllifi isə İsmayıl Əsədovdur. Klipdə bir neçə aktyor rol alıb. Z.Xanbabayevanın stili üzərində isə Elnur Həsənov çalışıb.
Müğənni Samir Piriyev sözləri və musiqisi həyat yoldaşı Anara Fətəliyə məxsus “Bakımız” adlı mahnıya klip çəkdirib.
Dilarə Kazımova isə mahnısının sözlərini özü yazıb. “Xoş gəldin həyatıma, mela-melanxoliya”nın musiqisində də payı olan ifaçıya Fərid Mayılov və Camal Qurbanov yardım edib.







Paylaş: