"Fəxri adlar lazımdır, vacibdir"
Tarix: 22-09-2020, 16:57




Fəxri adların verilməsi ilə bağlı məsələ yenidən müzəkirə mövzusuna çevrilib.  
Bir neçə gün öncə gələcəkdə fəxri adların verilməsi ilə bağlı sui-istifadə hallarının aradan qaldırılması üçün Mədəniyyət Nazirliyi yeni mexanizm tətbiq edəcəyini açıqlayıb. Yeni mexanizmə əsasən, fəxri adlar üçün təqdim olunan namizədlərin nəzərdən keçirilməsi müstəqil komissiya tərəfindən təmin olunacaq.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti, bəstəkar Faiq Sücəddinov fəxri adların verilməsiylə bağlı ənənənin davam etdirilməsinə tərəfdar olduğunu deyib:
“Fəxri adlar lazımdır, vacibdir. Dövlətimiz dəyərli sənətkarların haqqını verməlidir. Bu, bütün dünyada belədir. Türkiyədə “Devlet sanatçısı” deyirlər, bizdə isə Xalq artisti. Fəxri adları verən komissiya peşəkarlardan təşkil olunsa təbii ki, yaxşı olar.
Mən Azərbaycan Dövlət televiziyasının bədii şurasının üzvüyəm. Dünən pandemiyadan sonra ilk toplantını keçirdik. Orada fəxri adların verilməsi üçün komissiya yaradılması söhbəti olmadı. Baxmayaraq ki, orada Baba Vəziroğlu, Mübariz Tağıyev, Ramiz Quliyev, Siyavuş Kərimi kimi dəyərli insanlar toplanmışdı”.

Paylaş: