Elşad Xosenin saxlanılması xəbərinə Oksanadan AÇIQLAMA
Tarix: 28-10-2017, 11:00


Repçi Elşad Xosenin Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması haqda xəbər vermişdik.
UlduzumSan.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Xosenin keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın ondan polisə şikayət etməsi olub. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.
Qeyd edək ki, Elşad Xose ilə Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər. Hətta bu yaxınlarda reper “Maşın” realiti şousunda iştirak edəndə Oksana ona baş çəkib, İnstaqram hesabında dəfələrlə onun üçün tamaşaçılardan səs də istəyib.
Lakin, yenicag.az saytına açıqlama verən rəqqasə xəbəri təkzib edib:
“Bu cür sarsaq xəbərləri kim yayır, bilmirəm. Bayaqdan nə qədər adam zəng edib, dostlarım narahat olub. Çox əsassız söhbətdir. Axı Elşad məni niyə döyməlidir ki? Kim bu söhbəti hansı səbəbdən uydurub bilmirəm. Əsassız xəbərə də şərh bildirmək istəmirəm. Məni belə söhbətlərə qatmayın”.
Reperlə əlaqə yaratmaq mümkün olmayıb, onun telefonuna zəng çatmayıb.
Qeyd edək ki, Elşad Xose ilə Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər.

Paylaş: