"Sözlərlə ifadə oluna bilməyəcək qədər dəyərli və güclü hisslər..."
Tarix: 21-09-2020, 16:41



Xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını və klipini təqdim edib.

Musavat.com xəbər verir ki, "Sönməyən atəşim" adlı bəstənin sözləri və musiqisi İsmayıl Əsədova məxsusdur. Ataya həsr edilən ekran işinin rejissorluğunu Delee edib.

Z.Xanbabayeva yeni işindən bəhs edərkən bildirib: "Deyirlər, atalar qızlarına daha çox bağlı olur, onları daha çox qoruyurlar. Bu sevgi qarşılıqlı olur. Sözlərlə ifadə oluna bilməyəcək qədər dəyərli və güclü hisslər: Ata və qızı”.



Paylaş: