Gülbahar Şükürlü əməliyyat olundu
Tarix: 21-09-2020, 10:53



Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlü Milli Onkologiya Mərkəzində əməliyyat olunub. UlduzumSan.Az bildirir ki, bu barədə G. Şükürlünün ailə üzvlərindən məlumat verilib.
Bildirilib ki, əməliyyat uğurlu keçib və hazırda əməkdar artistin vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, G.Şükürlünün başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan sənətçi bir müddət öncə xəstəxanaya getməkdən və əməliyyatdan imtina etmişdi.

Paylaş: