Məşhur ssenarist 1 milyon 400 min təzminat ödəyəcək
Tarix: 18-09-2020, 17:44



Aydın magistral yolunda qarşısındakı avtomobilə çırpılan və eyni anda üç nəfərin ölümünə səbəb olan Behzat Ç. serialının ssenari müəllifi Əmrah Serbesi 1 milyon 400 min lirə mənəvi təzminat ödəməyinə qərar verilib.
Yenisabah.az xəbər verir ki,  hadisə 2017-ci ildə yaşanıb və Əmrah Serbesə 13 il 4 ay həbs cəzası verilib. Daha sonra koronavirus pandemiyası səbəbilə o, təxliyyə edilib. Bundan sonra baş tutan məhkəmə prosesində onun 1.4 milyon lirə təzminat verməsi qərara alınıb.
Bildirək ki, mənəvi təzminatın qəzanın baş verdiyi gündən etibarən yaranan qanuni faizlə birlikdə ödənilməsi də nəzərdə tutulub.

Paylaş: