AzTV-nin Ceyranının yeni görüntüsü müzakirə yaratdı
Tarix: 17-09-2020, 09:48



AzTV-nin keçmiş aparıcısı Ceyran Rəhimova uzun fasilədən sonra üzə çıxıb.
“MediaPost” xəbər verir ki, onun fotolarını Xalq artisti Nəzakət Teymurova paylaşıb. Sənətçi bu gün doğum günü olan C.Rəhimovanı sosial şəbəkədə təbrik edib.
Aparıcının yeni görüntüləri isə müzakirəsiz ötüşməyib. Onun çəki alması istifadəçilərin diqqətindən yayınmayıb.
Xatırladaq ki, C.Rəhimova 1995-ci ildə - 23 yaşında efirə çıxıb. O, AzTV-də yayımlanan “Sən bir nəğmə” verilişinin aparıcısı olub.







Paylaş: