Zamiq ilk dəfə oğlu ilə fotolarını paylaşdı
Tarix: 17-09-2020, 09:28



Müğənni Zamiq Hüseynov ilk dəfə övladı ilə fotolarını paylaşıb.
“MediaPost” xəbər verir ki, sənətçi oğlu Zeynin doğum günü münasibətilə bu addımı atıb.
“Doğum günün mübarək, oğlum. Arzu edirəm ki, ailənə, vətəninə layiqli övlad olasan”, - deyə Zamiq paylaşımına yazıb.
İfaçının oğlu ilə obyektiv qarşısına keçdiyi fotolar qısa zamanda İnstaqram “Story”lərdə ən çox paylaşılan şəkillər sırasında yer alıb.







Paylaş: