Məşhur repçinin plastik tacı rekord qiymətə satıldı
Tarix: 16-09-2020, 17:03


"Notorious B.I.G." olaraq tanınan amerikalı repçi Kristofer Corc Lator Uallas tərəfindən fotosessiya zamanı istifadə olunan plastik tac satılıb.
"MediaPost" xəbər verir ki, satış Nyu Yorkdakı "Sotheby´s" hərrac evində baş tutub. Bildirilib ki, plastik tac 594.750 dollara alıcı tapıb. 
Rekord qiymətə satılan tacın "Sotheby's" tərəfindən bu növün "tarixi və mədəni təsirinə" həsr olunaraq hərraca çıxarılan ən bahalı və ən böyük hip-hop yadigar kolleksiyasının bir hissəsi olduğu ifadə edilib.

Paylaş: