İTV karantinlə bağlı serial çəkir
Tarix: 16-09-2020, 17:00



İctimai Televiziya karantin rejimi ilə bağlı serial çəkir.
“MediaPost”un əldə etdiyi məlumata görə, ekran işində Avropadan Bakıya gəlib karantində qalan tələbələrin hekayəsi yer alacaq.
Serialda hadisələr hoteldə baş verəcək. Məhz bu səbəbdən də hekayənin adı “Otel karantin” adlanır. Komediya janrında olan serialda aktrisalar Günel İmanova və Aida Cəbiyeva da rol alacaq.
“Otel karantin”in ssenarisini isə Fərid Rzayev, Vüqar Hüseynov, Qalib Nadir və Fərrux Məmmədli qələmə alıb.
Serial 15 bölüm olaraq planlaşdırılıb. Çəkilişlər isə yaxın günlərdə başlayacaq.




Paylaş: