Nisə Qasımova xəstəliyini gizlədir?
Tarix: 16-09-2020, 15:15



Xalq artisti Nisə Qasımova xərçəngə tutulub.
Yenisabah.az xəbər verir ki, bu barədə prodüser, aparıcı Tarix Əliyev (Tolik) məlumat verib. O, sənətçinin əməliyyat edildiyini bildirib.
"Bu gün səhər yenə də pis xəbər eşitdim. Gözəl sənətkarımız Nisə xanım Qasımova xərçəng xəstəliyindən əziyyət çəkirdi, əməliyyat olundu. Bu həftə içində həm Gülbahar xanım, həm də Nisə xanımdan bu cür xəbərlər eşitmək çox ağırdır, pisdir. Allah hər ikisinə şəfa versin, İnşallah. Rəbbim bu xəstəlikdən əziyyət çəkən hər bir kəsin köməyi olsun".
Qeyd edək ki, N.Qasımova mətbuata açıqlamasında vəziyyətinin yaxşı olduğunu demişdi:
“Hər şey çox yaxşıdır, mən yeni mahnı üzərində çalışıram. Bu dəqiqə o qədər gərgin iş rejimindəyəm ki... Bilmirəm, mahnını yazdırım, onu aranjiman etdirim... Zəng edib deyirlər ki, “barənizdə nəsə eşitmişik”, “səhhətinizdən narahatıq”, “efirlərdə görünmürsüz”. Bir sözlə, hər şey yaxşıdır”.

Paylaş: