4 illik evlilik 15 dəqiqədə sona çatdı-Boşandılar
Tarix: 16-09-2020, 10:56



Hər kəsin "Sihirli Annem" serialında ifa etdiyi "Tuğçe" xarakteri ilə tanınan aktrisa Damla Ersubaşı, 4 illik həyat yoldaşı Mustafa Can Keserdən boşanıb.
Open.az xəbər verir ki, uzun zamandır boşanmaq istəyən cütlüyün məhkəməsi 15 dəqiqədə başa çatıb.
Qarşılıqlı anlaşma ilə boşanan cütlüyün uşaqlarının vəlayəti anasına verilib.
Qeyd edək ki, 2016-cı ildə ailə quran cütlüyün Zəhra və Zeynəb adlı iki qızları var. Ailənin dağılmasının əsas səbəbi isə, Damla Ersubaşının hamilə olduğu dönəmdə həyat yoldaşının ona xəyanət etməsi olub.


4 illik evlilik 15 dəqiqədə sona çatdı-Boşandılar

Paylaş: