Tuba Büyüküstün yeni stili ilə HEYRAN ETDİ
Tarix: 27-10-2017, 09:58



Beynəlxalq Asiya Dünya Film Festivalınnda münsiflər heyətinin əsas ulduzu Tuba Büyüküstün olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Los-Ancelesdə Beynəlxalq Asiya Dünya Film Festivalına start verilib. Tuba Büyüküstün də bu festivalda münsif üzvlüyü edən ilk türk olaraq açılış gecəsində iştirak edib.
Noyabrın 2-sinə qədər davam edəcək festivalda aktrisa hər kəsi özünə heyran qoyub. O, gecə üçün tünd göy rəngli məxməri ziyafət libası seçib. Qızılı kəmər sayəsində belinin incəliyini vurğulayıb. Saç düzümü və makiyajda isə o, öz ənənəsinə sadiq qalara sadəliyə meyil edib.
Festivalda münsif kimi çıxış edən Tuba Liza Lu, Sergey Bodrov, Keyd Karradayn, Tomas Lim, Maykl Nuri, Ha Phuonq Çu Çan kimi ulduzlarla birlikdə filmlərə səs verəcək.
Beynəlxalq Asiya Film Festivalının açılışında Türkiyənin bu il “Oskar”a namizəd göstərilən "Ayla" filmi göstərilib, festivalın sonuncu günündə isə Corc Teykinin "Allegiance" filmi təqdim olunacaq.




Paylaş: