Hande Yener müjdəni verdi
Tarix: 14-09-2020, 08:45




Türk pop musiqisinin kraliçası Hande Yener səhnə fəaliyyətinin 20-ci ilini xüsusi albomla qeyd edir.
UlduzumSan.Az Mediatime.AZ-a istinadən xəbər verir ki, oktyabrın 2-də təqdim olunacaq albom "Carpe Diem" adlanır. Albom 2 hissədən ibarət olacaq.
 
Hər albom öncəsi arıqlamağa başlayan Hande, bu dəfə də əlindən gələni edib. O, 2 ayda 5 kiloqram arıqlayaraq, qarderobunu yeniləyib və imicini  dəyişdirib.
Fərqli xarici  görüşünə sahiblənən sənətçi,  fotoqraf Aytekin Yalçının kamerası önünə keçərək cəsarətli poz verib.





Paylaş: