Vüsalə "Maşın" şouda qalib gələn Talıb haqda nələr dedi?
Tarix: 27-10-2017, 09:24


"Xanımlar və Cənablar" devizi ilə efirə gedən "Maşın" şounun iştirakçısı Vüsalə Kərimova şouda qalib gələn Talıb Tale haqqında danışıb. 

UlduzumSan.Az bildirir ki, bu barədə açıqlama verən Vüsalə bunları deyib: "Mən "Maşın" şouya qatılanda qalib gəlmək üçün getmişdim. Amma əfsuslar olsun ki, yarışda avtomobili uda bilmədim. Bu yarışdı pis olmuram. "Maşın" şouda qalib gələn Talıb Taleni də təbrik edirəm. Amma mənim yarışda favoritim İlkin Misgərli olub. Şouda Vüsalə Əlizadə, Talıb Tale, Xatun üçlüyə qalanda düşündüm ki, avtomobili Xatun qazanacaq. Xatun da bu maşını Talıba hədiyyə etdi. O, avtomobildən əlini çəkərək, Talıbın "Maşın" şouda qalib gəlməsinə şans yaratdı".

Paylaş: