"Problem bizdə deyil, telekanalların özündədir"
Tarix: 11-09-2020, 08:45



“Birtərəfli tərif istiqamətində insanları nəyəsə baxdırmaq mümkün deyil”

Bunu Moderator.az-a açıqlamasında yazıçı, əməkdar jurnalist İradə Tuncay deyib. İ.Tuncay efirlərimizdə alternativ fikir olmayana qədər hər dəfə tamaşaçı itirəcəyimizi bildirib:

“Əslində televiziyalarımızla bağlı problem bizdə deyil, telekanalların özündədir. Efirlərimizdə alternativ fikir olmayana qədər heç kəs ona baxmayacaq. Birtərəfli tərif istiqamətində insanları nəyəsə baxdırmaq mümkün deyil. Hər evə bir polis qoyub kiməsə deyə bilmərik ki, ancaq bu kanala bax. Baxmayacaqlar, düzdürmü? Ona görə də bu artıq danışılmaqdan keçib. Bunun dəyişilməsi üçün alternativ fikir daşıyıcılarının efirə buraxılması lazımdır. Yəni çalmaq-oynamağın da bir yerə qədər yeri var və görürsünüz onu da artıq tapa bilmirlər və palatka müğənnilərini efirə buraxırlar. Balaca bir ölkəyik və Azərbaycanda barmaqla sayılacaq qədər yüksək səviyyəli müğənni var. Alternativ fikir olarsa, onda insanlar efirlərə baxacaqlar. Birinci şəxsindən tutumuş qurumda təmsil olunan hər bir şəxsin işinə, əməyinə qiymət verilməlidir. Bunlar olmasa, getdikcə tamaşaçıları itirəcəyik. Televiziyalarda Bədii Şuralar yaratdılar, amma bu da formal oldu. Bu sözləri danışan adamların da özünün böyük bir cəsarəti  yoxdur ki, nəyisə dəyişməyə cəhd etsin və fikir bildirsin. Amma hər halda Bədii Şuranın formal olduğunu bildirik”.

Paylaş: