Tanınmış aktrisa qışa hazırlıq gördü-Tomat hazırladı
Tarix: 8-09-2020, 12:32



Tanınmış türk aktrisası Burcu Kara qış hazırlıqlarına başlayıb.
Open.az xəbər verir ki, ötən gün evinin bağçasında tomat hazırlayan aktrisa, böyük qazanla birlikdə çəkilmiş fotosunu sosial mediadan paylaşıb.
Burcu Kara beş qonşusu ilə birlikdə pomidor püresi hazırladıqlarını söyləyib.
"Bu il də pomidor tomatı hazırladıq. Çox çətin işdir. Səhərdən başladıq. Axşama qədər bunları pişirməklə məşğul olduq. Bundan sonra tomatınızı qənaətlə işlədin. Bir qramını ziyan edən mənim düşmənimdir" deyən Burcu Kara, izləyiciləri ilə mətbəx sirlərini də paylaşıb.


Tanınmış aktrisa qışa hazırlıq gördü-Tomat hazırladı

Paylaş: