"18 ildir burada çalışıramsa, o demək deyil ki, 18 il də burada çalışmalıyam"
Tarix: 7-09-2020, 15:22




ATV-dəki işindən ayrılıb “Xəzər” TV-yə işə düzəlməsi ilə bağlı xəbər yayılan aparıcı Lalə Azərtaş açıqlama verib.
“MediaPost” xəbər verir ki, o, bu barədə İnstaqramda video paylaşaraq bunları deyib:
“ATV mənim birinci evimdir. Burada xəbər aparıcısı kimi formalaşmışam. 18 ildir burada çalışıramsa, o demək deyil ki, 18 il də burada çalışmalıyam. Hər birimiz özümüz üçün hədəf seçirik. Bu hədəfdə irəliyə getmək, iş yerini dəyişmək də var. Mən də bir gün ATV-dən gedə bilərəm. Belə qərar varsa, öncə şirkətin prezidentinə bu barədə məlumat verməliyəm. Etiket qaydalarını yaxşı bilirəm. “Xəzər” TV-nin rəhbəri xalqın sevimlisi, qardaşım, dostum Murad Dadaşovdur. O, seçilən zaman öz dostumu təbrik etməliydim. Murad televiziyanı necə inkişaf etdirmək lazım olduğunu yaxşı bilir. Göz qabağındadır. “Xəzər” TV ən öndə gedən kanallardan biri, birincisidir. Çünki yeniliklərə açıqdır. Mənim “Xəzər” TV-də görünməyimdə qeyri-adi heç nə yoxdur. Belə bir şey yoxdur deyə bilməyəcəm. Ola bilər. Murad dostumdur, bir yerdə fikir mübadiləsi edirik. Bu mümkündür. Amma cavabım bu gün üçündür”.

Paylaş: