“O, məndən çox çəkinir…”
Tarix: 26-10-2017, 11:17


“Mən qızımı çox yükləməmişəm. Gələn il məktəbə gedəcək. Çox pozitiv bir uşaqdır. Bütün valideynlər övladlarının gələcəyi üçün çalışır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı “10-dan sonra” verilişinə qonaq olarkən deyib.İfaçı qızının tərbiyəsi ilə özü məşğul olduğunu söyləyib:
“Qızımla özüm məşğul oluram.O, məndən çox çəkinir. Ancaq atasını, nənələrini çox sevirəm. Bundan başqa, qızımın musiqi duyumu var”.





Proqramın digər qonağı isə ATV-nin tanınmış xəbər aparıcısı Lalə Azərtaş və qızı Solmaz olub.
Teleaparıcı canlı efirdə qızlarına qoyduğu qadağalardan danışıb:
“Ən çox  uşaqlarımızın əziyyətini nənə-babalar çəkir. Humanist valideyn deyiləm. Bizdə tələb ancaq oxumaqdır. Telefonu qadağan etmişəm. Planşet istifadəyə isə tətildə, bazar günlərində icazə verirəm”. 






Paylaş: