Məleykə Əsədova pambıq yığdı. “Uşaqlıq arzum idi”
Tarix: 26-10-2017, 10:56


Xalq artisti Məleykə Əsədova doğulduğu rayona səfər edib.

Bu haqda aktrisa şəxsi instagram hesabında bildirib. Yol kənarında pampıq tarlası görən M.Əsədova uşaqlıq arzusunu həyata keçirib:
“Doğulduğum Neftçala rayonundan gələndə yolda çox gözəl mənzərələr gördüm. Ağ qızıl, pambıqlar yol boyu rayonumuza gözəllik qatırdı. Rayondan 15 yaşımda çıxmışam və heç vaxt pambıq yığmamışdım. Zəhmetkeş qadınları görəndə çox sevinirdim və ürəyimdə hər zaman onlara alqış və dualar edirdim.
Allah hər zaman bizim mərd-mərdanə, kişi qeyrətli, zəhmetkeş qadınlarımı var etsin. Bu gözəl pambığı yığmaq mənə çox maraqlı gəldi”.
Prime-Time

Paylaş: