AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA
Tarix: 3-09-2020, 12:44



Azərbaycan Televiziyasının (AzTV) reklam departamentinin müdiri Süleyman Məmmədov işdən çıxarılmayıb.
Bu barədə Oxu.Az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva açıqlama verib.
Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Bəzi saytlarda S.Məmmədovun guya reklam pullarını mənimsəməsi səbəbindən vəzifəsindən azad olunduğuna dair məlumatlar dərc edilib. Bu doğru deyil. S.Məmmədov işdən ayrılmaq istədiyi ilə bağlı fikirlərini bildirib, amma rəsmi olaraq bu barədə heç bir qərar verilməyib. Bu şəkildə qeyri-dəqiq informasiyaların yazılması təəssüf doğurur”.
12:18
Azərbaycan Televiziyasının (AzTV) reklam departamentinin müdiri Süleyman Məmmədov işdən çıxarılıb.
BakuPost xəbər verir ki, onun işdən çıxarılmasına səbəb kimi reklam pullarını mənimsəməsi göstərilir.
Qeyd edək ki, beş ay əvvəl bu vəzifəyə təyin edilən S.Məmmədov AzTV sədri Rövşən Məmmədovun ən yaxın kadrlarından biri hesab olunurdu.

Paylaş: