"Polisə müraciət etmək fikrim vardı"
Tarix: 26-10-2017, 10:00


Stilist Samiraldo maraqlı açıqlamalar edib. 
UlduzumSan.Az bildirir ki, bu barədə danışan stilist bunları deyib: "Bildiyiniz kimi, dəfələrlə məni sosial şəbəkələrdə bəziləri təhqir etdikləri üçün xəbərdarlıq etmişdim. Hətta həmin insanlar mənim şərəf və ləyaqətimi təhqir etdikləri üçün polisə müraciət etmək fikrim vardı. İndi də bu fikirdəyəm. Amma hazırda belə insanlara bir o qədər də vaxt ayırmıram. Öz işlərimlə məşğulam. Zamanımı dostlarıma, şəxsi həyatıma həsr edirəm. Beş günlük dünyadır. Özümü əsəbiləşdirmək istəmirəm. Həyatda yaşamaq çətin olsa da mənim üçün gözəldir".

Paylaş: