Hadisə "Eşq yuvası istəyir"
Tarix: 2-09-2020, 15:40



Münasibətləri günü-gündən irəliləyən Kaan İldırım və Hadisə cütlüyündən yeni paylaşım var.

BiG.AZ türk mediasına istinadən xəbər verir ki, Kaan İldırım sevgilisi Hadisə ilə yeni klip üçün hazırlıqlar zamanı çəkdirdiyi səmimi fotolarını paylaşaraq "Kiçik bir yol" qeydini yazıb.

Qeyd edək ki, Kaan İldırım ilə münasibətləri addım-addım evliliyə gedən Hadisənin könlündəki ünvan da bəlli olub. Belə ki, yaraşıqlı aktyor ilə dolu-dolu eşq yaşayan müğənni Hadisənin son addımı "Bu sevgi evliliklə sonlanacaq" söz-söhbətlərini də gücləndirib. Sevgilisinin itini sahiblənən Hadisə onun üçün də uyğun olduğunu düşünərək geniş baxçası və hovuzu olan villa istədiyini əmlakçılara bildirib. "Göl kənarında bir villa istəyirəm" deyən Hadisənin bu istəyi "Eşq yuvası istəyir" iddialarını təsdiqləyib.

Hadisə "Eşq yuvası istəyir" - CÜTLÜKDƏN YENİ FOTO

Paylaş: