Dünyanın danışdığı təcavüz qalmaqalında yeni pərdə
Tarix: 26-10-2017, 08:53


Hollivudda adı təcavüz qalmaqalında hallanan və bununla da gündəmə gələn rejissor Harvey Veinstein haqqında yeni iddia ortaya atılıb.
“Ölkə.Az” xəbər verir ki, iddiaya görə, Harvey Veinstein ilə Kelly Brook arasında peşəkar əlaqələri 2010-cu ildə başlayıb. Onların görüşü kafelərin birində baş tutub. Həmin görüş “Piranha” adlı film barədə danışıq üçün müəyyən edilib. Görüşdən sonra rejissor gözəl aktrisaya baş rol verib. Elə bundan sonra qalmaqalın əsası qoyulub.
Məlumata görə, rejissor Kelly Brooka dəlicəsinə aşiq olub. Bundan sonra rejissorun hərəkətləri aktrisanı ondan uzaqlaşdırıb. Bundan sonra uzun müddət çəkilişlərə getməyən aktrisa, nəhayət ki, bunun səbəbini açıqlayıb. O, bütün günahları rejissorda görüb.
Kelly Brook Harvey Veinsteini “canavar” adlandırıb. O, bildirib ki, rejissor ona təcavüz edib. Aktrisa Hollivud ulduzlarından da şikayətlənib: “Gərək onlar. Baş verənləri əvvəldən bildirərdilər”.







Paylaş: