Ağasadıq Gəraybəylinin xatirə gecəsi keçiriləcək
Tarix: 25-10-2017, 14:43


C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində oktyabr 27-də Xalq artisti Ağasadıq Gəraybəylinin xatirə gecəsi keçiriləcək.
UlduzumSan.Az xəbər verir ki, tədbir Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Film Fondunun, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbir çərçivəsində aktyorun həyat və yaradıcılığından söhbət açılacaq, onun çəkildiyi kino filmlərindən, oynadığı teatr tamaşalarından kadrlar göstəriləcək. Həmçinin aktyorun rollar qalereyasını əks etdirən foto sərgisi də nümayiş etdiriləcək.

Paylaş: