Murad Dadaşov məşhur aparıcını "Xəzər"ə gətirdi
Tarix: 27-08-2020, 12:07




Məşhur aparıcı Leyla Quliyeva Xəzər Televiziyasında fəaliyyətinə başlayıb.
Kult.az xəbər verir ki, "Yayın ən Mehriban günü" verilişində aparıcılıq edən Leyla Quliyeva bu haqda özü məlumat verib: "Xəzər TV-də gördüyüm ilk iş... Həyatda təsadüfi heç nə olmur. Bu komanda ilə ilk işimiz məhz bu tarixdə, bu adla reallaşmalı idi. Bundan sonra fasiləsiz, sürətli, keyfiyyətli və ən əsasl ürəkli addımlarla yalnız irəli gedəcəyik. Nə yaxşı ki, varsınız!".
Leyla Quliyeva İTV-nin Musiqi departamentinin rəhbəri olub. Onu "Xəzər"ə televiziyanın rəhbəri Murad Dadaşov dəvət edib.

Paylaş: