“Ayıbdır, sizə yaraşdırmadım” – Gülyanaq tənqidlərə cavab verdi
Tarix: 26-08-2020, 14:32



Xalq artisti Gülyanaq Məmmədova fərqli imicdə çəkilən fotolarının tənqid olunmasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, müğənni ünvanına sərt sözlər yazan sosial şəbəkə istifadəçilərinə cavab verib:
"Ayıbdır, sizə yaraşdırmadım. Burada "şpaklyovka" var? Sizə bu sözləri kim yazdırır? Bütün makiyaj çəkilişləri belə olur. Sənətkarı sevən onu hər halı ilə sevər, dəstək olar. Sizin davanız bəzənənlə deyil, bəzəyənlədir. Nahaq edirsiz, günahdır. Yazdıqlarınıza diqqət edin".

Paylaş: