Antonio Banderas koronavirusdan sağalıb
Tarix: 26-08-2020, 08:03



İspaniyanın ən məşhur aktyorlarından olan Antonio Banderas koronavirusdan sağalıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə aktyor “facebook” hesabında məlumat verib.
O, xəstəliyə avqustun 10-da - 60 yaşı tamam olan gün yoluxduğunu yazıb.
Qeyd edib ki, 21 günlük karantin müddətində sağalması üçün tələb olunan müalicə prosedurlarına ciddi əməl edib. 
Məlumat üçün bildirək ki, Banderas “Kann” və “Qoya” mükafatları da daxil olmaqla kinematoqrafiya sahəsində çoxlu təltiflərə layiq görülüb.

Paylaş: