"Qılman doktor"a "Bentley" hədiyyə olunub?
Tarix: 25-10-2017, 12:26


“Maşın şou”nun iştirakçısı olmuş aktyor İlkin MisgərlininYenicag.az-a zarafatla söylədiyi “bir gözüm telefondadı: elə bilirəm ki, kimsə zəng edib, mənə avtomobil hədiyyə edəcək” çağırışı özünü cox gözlətməyib. Ona bahalı avtomobil hədiyyə olunub.
Yenicag.az-a açıqlama verən İ. Misgərli xəbəri təsdiqləyib. Dediyinə görə, bu barədə daha ətraflı axşam saatlarında “Maşın şou”nun efirində danışacaq:
“Amma kimin bağışladığını deməyəcəm. Düzdür, mən maşın sürə bilmirəm, lakin tezliklə öyrənəcəm. O maşın məni çox uzaqlara aparacaq”.
Əldə etdiyimiz məlumata görə, aktyora avtomobili “Bozbaş pictures” komandasına yaxın olan iş adamlarından biri bağışlayıb. O ki qaldı maşının markasına… Aktyor yarızarafat-yarıciddi ona bağışlanan maşının “Bentley” olduğunu dedi.
Təbii ki, biz də aktyora “Bentley”in hədiyyə olunmasını istərdik. Amma bunun nə dərəcədə doğru olub-olmayacağı bu axşam bilinəcək.

Paylaş: