Kerem Bursindən ŞOK ETİRAF
Tarix: 24-08-2020, 13:13

Yaraşıqlı aktyor Kerem Bursin məşhur olmadan öncə hansı işlərlə məşğul olduğu haqqında danışıb.
BiG.AZ türk mediasına istinadən xəbər verir ki, aktyor keçmiş həyatı haqqında bunları deyib:
"Məşhur olmadan əvvəl Amerikada bir çox işlə məşğul olmuşam. İdman zalında çirkli dəsmalları yumuşam. Ayaqyolu təmizləmişəm. Sürücülük və ofisiantlıq etmişəm".
Qeyd edək ki, Kerem Bursin hal-hazırda "Sen Çal Kapımı" serialında baş rol ifa edir.
Paylaş:
