“Maşın” şoudan çıxan iştirakçıya avtomobil hədiyyə olundu
Tarix: 25-10-2017, 11:06


"Maşın” şouda iştirak edən aktyor İlkin Mİsgərliyə avtomobil hədiyyə olunub.
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, aktyora bahalı avtomobil hədiyyə edilib. Avtomobili aktyora şounun daimi tamaşaçılarından biri verib. Məsələ ilə bağlı aktyorla əlaqə saxladıq, o xəbəri nə təsdiq nə də təkzib: etdi.
 
"Bu haqda danışmaq istəmirəm. Hər kəs axşamı gözləsin Murad Dadaşov hər şeyi özü açıqlayacaq.”
 
Qeyd edək ki, oyundan uzaqlaşan İlkin açıqlamasında "Bir gözüm telefondadı. Elə bilirim ki, kimsə zəng edib mənə avtomobil hədiyyə edəcək” demişdir.

Paylaş: