“Bağışla sevgilim” – Emin Ağalarov
Tarix: 25-10-2017, 10:37


Tanınmış müğənni Emin Ağalarov tezliklə yeni klipini təqdim edəcək.

Bu haqda ifaçı şəxşi instagram hesabından məlumat verib:
“Bu gün “Bağışla sevgilim” adlı çox güclü və təsirli mahnıya klip çəkdik. Ssenarini bir il idi ki, həyata keçirmək istəyirdik. Axır ki, hər şey alındı. Mahnı yeni duet albomumda xüsusi yerini tutacaq”.
E.Ağalarov sözügedən mahnı və bu işində ona kömək olduğu üçün Rusiyanın tanınmış prodüseri və bəstəkarı Maksim Fadeevə də təşəkkürünü bildirib.
Qeyd edək ki, Emin Ağalarov bir neçə gün öncə Ani Lorakla ifa etdiyi duetə çəkilən klipi təqdim etmişdi.
Prime-Time

Paylaş: