"Eşkiya Dünyaya Hükümdar Olmaz" serialından bu səbəblə ayrıldı
Tarix: 21-08-2020, 13:11



Türk kinosunun tanınmış aktrisası Selda Alkor "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialından ayrıldığını bildirib.
Open.az xəbər verir ki, 76 yaşlı sənətkar serialın yeni mövsümündə olmayacağını və bunun səbəbini də açıqlayıb.
Belə ki, Selda Alkor : "Serialın gözəl yaradıcı heyəti var. Amma 13 bölüm mənə bəsdir. Yeni sezonda böyük ehtimalla serialda olmayacam. Yenidən çəkiliş meydançasına dönməyim üçün, serialın müddətinin az olması lazımdır. Məsələn, 10-13 bölüm kifayətdir" deyə tanınmış sənətkar əlavə edib.

Paylaş: