Tünzalə Ağayeva ilə Tarkanı nə bağlayır?
Tarix: 25-10-2017, 08:37


Son zamanlar sənətçilərimizin təqdim etdiyi mahnıları, klipləri və ya geyimləri plagiat olması ilə gündəmə gəlir.

UlduzumSan.Az-ın məlumatına görə, ötən gün əməkdar artist Tünzalə Ağayeva tələbəsi Ruslan Alişanla  “Bağışla” adlı duetinə çəkilən klipi plagiat çıxıb.
 “Bağışla” adlı duetə çəkilən klip 11 il öncə  türkiyəli müğənnilər Tarkan Kibariye ilə "Gülümse Kaderine" adlı duetinə çəkilən klipə çox bənzəyir.
Klipdə süjet xətti, xırda detallara qədər oxşarlıqlar gözdən qaçmayıb. Kliplərin oxşar məqamlarını aşağıda təqdim etdiyimiz linklərdə izləyə bilərsiniz.
 
Qeyd edək ki, T.Ağayeva Ruslan Alişanla “Bağışla” adlı duetinin  sözləri və musiqisi əməkdar artistin tələbəsi Tofiq Hacıyevə aiddir. Mahnının ekran həlli PerfectPictures.az-a həvalə edilib.
 
 




Paylaş: