Kənan arvadının keçmişini sildirir
Tarix: 24-10-2017, 12:03


Türkiyənin məşhur aktyoru Kenan İmirzalıoğlu həyat yoldaşı aktrisa Sinem Kobalın keçmişini sildirmək üçün heç bir xərcdən çəkinmir.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, yaraşıqlı aktyor Barselonanın ulduzu Arda Turan və həyat yoldaşının adının birgə çəkilməsindən narahatdır. Buna görə də o, Sinem Kobalın Arda ilə çəkilmiş bütün şəkillərini, onlar barədə yayımlanmış xəbərləri, hətta yazılan rəyləri belə internet platformasından sildirəcək.
Məlumata görə, Kenan İmirzalıoğlu müvafiq hüquqi prosesin başlaması üçün artıq vəkilinə müraciət edib.

Paylaş: